İraq ordusu Mosul şəhərinin İŞİD terrorçularından azad edilməsi üçün hərbi əməliyatlara start verib.
7News.az xəbər verir ki, bu haqda İraqın baş naziri Heydər Əl-Abadi bəyanat yayıb. O bildirib ki, İraq ordusu Mosulun terrorçulardan təmizlənməsi üçün irimiqyaslı hərbi əməliyyatlara start verib.
Məlumat üçün bildirək ki, İraq ordusu və kürdlərin peşmərgə qüvvələri bir neçə həftə idi ki, Mosul ətrafına hərbi birliklər cəmləşdirirdilər. Xeyli sayda ağır artileriya silahları və canlı qüvvə ilə Mosulu mühasirəyə alan peşmərgə silahlıları 5 istiqamətdən şəhərə daxil olacaq. İraq ordusu isə Mosulun mərkəzi hissəsinə yönələcək və şəhərə nəzarəti ələ keçirdəcək. Hazırda Mosul ətrafında mövqe tutan İraq ordusu şəhəri mühasirədə saxlamağa davam edir. Yalnız dinc insanların şəhərdən çıxmasına şərait yaradan hərbçilər Mosula giriş və çıxışları tam nəzarətə götürüblər.
7News.az








