RU
Mosuldan xəbər var — İŞİD mövqelərini itirir
14:40
295

Mosuldan xəbər var — İŞİD mövqelərini itirir

Mosulda İŞİD getdikcə mövqelərini itirir.

İraq ordusunun general-polkovniki Abdulemir Yarullah Mosul əməliyyatı barədə açıqlama verib.

General bildirib ki, İraqın anti-terror qrupları valilik və bölgə məclis binası da daxil olmaqla bir neçə hökumət binasını İŞİD terrorçularından azad edib. İŞİD-dən azad edilən hökumət binalarına İraq bayrağının sancıldığını deyən Yarullah terror qruplaşmasına böyük zərbə vurulduğunu qeyd edib.

General şəhərin iki sahilini bir-birinə bağlayan 5 körpüdən biri, Azadlıq körpüsünün də şərq qismindəki girişinin nəzarət altına alındığını söyləyib.

Xəbərə əsasən, Mosulun şərq hissəsində məhəllələrin yarıdan çoxu terrorçulardan təmizlənib./olke.az

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ