ABŞ-ın komandanlığı altında əməliyyat aparan koalisiya qüvvələri İraqın Mosul şəhərində sonuncu körpünü vurub.
Dəclə çayının üstündə salınan körpü şəhərin şərqini qərbi ilə birləşdirirdi. Əl-Atik adlı körpü Mosulun beşinci və sonuncu körpüsüdür. Koalisiya qüvvələri körpünün girişini və çıxışını bombalayıb.
Koalisiyadan bildirilən məlumata görə, körpünün girişi və çıxışı bombalanıb.
Bombardmandan sonra körpü zədələnməsə də, avtomobillərin hərəkəti üçün yararsız hala gəlib. Belə ki, körpünün giriş və çıxışında avtomobillərin hərəkətini məhdudlaşdıran dərin çuxurlar yaranıb.
Məqsəd körpünü dağıtmaq yox, İŞİD-i zəiflətməkdir./olke.az
7news.Az








