RU
Mosuldan yeni xəbər var — Əlinə ağ bayraq alan şəhərdən qaçır (FOTOLAR)
19:15
402

Mosuldan yeni xəbər var — Əlinə ağ bayraq alan şəhərdən qaçır (FOTOLAR)

İraqın Mosul şəhərində İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyat davam edərkən, şəhərdən qaçan vətəndaşların sayı durmadan artır.

 "Save the Children" yardım quruluşunun məlumatlarına əsasən, son 10 gün içində Suriyanın şimali-şərqində yerləşən El Hul qaçqın düşərgəsinə 5 min nəfər pənah aparıb. Min nəfər qaçqın isə Suriya sərhəddində gözləyir. Türk Qızılay cəmiyyətinin sədri Kərəm Kınık isə əməliyyatlar səbəbindən Mosuldan 100-400 min insanın qaçma ehtimalı olduğunu bildirib.

Mosulda təxminən 5-6 min İŞİD silahlısı və 700 min sadə vətəndaşın olduğu təxmin edilir.

Digər tərəfdən İŞİD terrorçuları tərəfindən Mosulun həm yeni, həm də keçmiş icra hakimiyyəti binaları partladılır. Eyni zamanda terrorçu qruplaşmanın iki nəfər yüksək rütbəli üzvü Ahmed Hattab və Davud Fahdın öldürüldüyü bildirilir.

İŞİD-çilər Mosulda tunellər qazıblar. Bu tunellər koalisiya qüvvələrinə hədəf olmamaq və tələ qurmaq üçün nəzərdə tutulub./olke.az

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ