İraqın Mosul şəhərinin İŞİD-dən geri alınması üçün rəsmi əməliyyatlara start verilib.
7news.Az axar.az-a istinadən bildirir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.
İraq uzun müddətdir şəhəri geri almaq üçün hazırlıqlar görürdü.
Qeyd edək ki, Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD-in nəzarətinə keçib.
7news.Az








