RU
Motosiklet beton hasara çırpıldı
11:18
1201

Motosiklet beton hasara çırpıldı

Şəkidə baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.

7News.Az bildirir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 5-i, saat 23 radələrində Şəki şəhərinin girişində baş verib.
 
Rayonun Qoxmuq kənd sakini, 1976-cı il təvəllüdlü, Rafiq Nurməmməd oğlu Saatov dövlət qeydiyyat nişanı olmayan yük motosikleti ilə Qoxmuq kəndindən Şəki şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib, motosiklet şəhərin girişindəki dairənin beton hasarına çırpıb.
 
Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Saatov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
 
Şəki RMX-dan APA-ya bildirilib ki, reanimasiya şöbəsinə yerləşdirilən R.Saatova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ