Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş kişinin üstündən keçib.
Hadisə rayonun Qırağlı kəndində qeydə alınıb.
Niyaməddin İsgəndərov idarə etdiyi "Dnepr-11” markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə olan, 50 yaşlı Ədalət Əliyevin baş nahiyəsinin üstündən keçib. Ağır xəsərət alan Ə.Əliyev xəstəxanda ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.








