RU
Mourinyo:
17:38
1915

Mourinyo: "Qiqqzin getməsində günahkar deyiləm"

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo klubun məşqçisi Rayan Qiqqzin komandadan getməsinə münasibət bildirib.

7News.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis Qiqqzin komandadan ayrılmasında günahkar olmadığını bildirib:

"Mən məsuliyyəti üzərimə götürməkdən qorxmuram. Ancaq Qiqqzin komandadan getməsi ilə heç bir əlaqəm yoxdur. O, "Mançester Yunayted"in baş məşqçisi olmaq istəyirdi. Rəhbərlik isə bu vəzifəni mənə təklif etdi. Hər halda rəhbərliyin belə qərar verməsinin müəyyən səbəbləri var idi. Bunu onlardan soruşmaq lazımdır. Qiqqzin getməsində mən günahkar deyiləm".

Qeyd edək ki, futbolçu karyerası ərzində yalnız "Mançester Yunayted"də oyanayan Qiqqz 2014-cü ildən klubda məşqçi kimi fəaliyyət göstərirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ