RU
Mourinyo rəsmən “Mançester Yunayted”də!
13:36
1626

Mourinyo rəsmən “Mançester Yunayted”də!

Joze Mourinyo rəsmən "Mançester Yunayted"in baş məşqçisi təyin olunub.

7News.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis “qırmızı şeytanlar”la 3 illik müqavilə imzalayıb.

O, bu vəzifədə hollandiyalı baş məşqçi Lui van Qalı əvəzləyib. 
 
Qeyd edək ki, Mourinyonun son iş yeri "Çelsi" olub. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ