RU
Mourinyo Runini özündən çıxartdı: futbolçu dəliyə döndü - FOTOLAR
12:11
618

Mourinyo Runini özündən çıxartdı: futbolçu dəliyə döndü - FOTOLAR

Ötən axşam "Mançester Yunayted"in "Kristal Palas" ilə qarşılaşdığı Premyer Liqa matçının ikinci hissəsində qalmaqal yaşanıb.

7News.Az xəbər verir ki, 1:0 öndə olan "qırmızı şeytanlar" oyunun bitməsinə 20 dəqiqə qalınca qapısında qol görüblər, hesab bərabərləşib. Bunun ardından 80-ci dəqiqədə əvəzlənən "Mançester Yunayted"in təcrübəli forvardı Ueyn Runi baş məşqçi Mourinyonun onu oyundan çıxarmasına çılğın şəkildə etiraz edib.

Belə ki, Runi ehtiyat oyunçular skamyasında əyləşər-əyləşməz idman ayaqqablarını çıxararaq ehtiyat oyunçular skamyasının plastik divarına çırpmağa başlayıb.

Həmin anları fotolarla təqdim edirik:





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ