RU
MSK referendumun yekun nəticələrini açıqladı
15:51
452

MSK referendumun yekun nəticələrini açıqladı

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 26-da Azərbaycanda keçirilmiş ümumxalq səsverməsi ilə əlaqədar referendumun yekun nəticələrini elan edib.

Bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirilib.

İclasda çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, rəhbərlik etdiyi qurum sentyabrın 26-da Azərbaycanda keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermənin təşkili üçün üzərinə düşən vəzifəni yerinə yetirib:

"Səsvermə günü səsvermə çox rəvan olub. Azərbaycan mətbuatının referendumla bağlı prosesdə hər hansı qanun pozuntusuna yol verməsi halına rast gəlinmədi. Bu, həm jurnalistlərinin peşəkarlığı, həm də seçki subyektlərinin maariflənməsi ilə bağlıdır”.

M.Pənahov seçki prosesində polisin fəaliyyətini də yüksək qiymətləndirib:

"Polisin fəaliyyəti ilə bağlı hər hansı irad olmayıb. Ən qərəzli müşahidəçilərin hesabatlarında da seçki prosesində hakimiyyət resurslarından istifadə olunması barədə ifadəyə rast gəlinmir. Bir vaxtlar irad kimi səslənən bu ifadə artıq yaddan çıxıb. Azərbaycan seçki proseslərində ən inkişaf etmiş Avropa ölkələrinin heç birindən geri qalmır. Vətəndaşlarımız da ölkəsi ilə fəxr edir”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ