Muğanbank kiçik və orta biznesə dəstək məqsədilə müştərilərə yeni biznes kredit növlərini təklif edir. Belə ki, sahibkarlara maliyyə resurslarına daha səmərəli və sürətli çıxışını təmin edərək Muğanbank "İnvoysların Maliyyələşdirilməsi” və "Sifarişlərin Maliyyələşdirilməsi” biznes kredit növlərini təqdim edir.
"İnvoysların Maliyyələşdirilməsi” kredit növü ilə kiçik və orta biznes sahibkarlıq fəaliyyəti ilə məşğul olan, rəsmi müqavilələr üzrə mal və xidmətlər satan fiziki və hüquqi şəxslər, elan edilmiş invoys və hesab-faktura əsasında debitor borclarının ödənişini həyata keçirə bilərlər. Faizin daha əlverişli olması, minimal sənəd tələbi, eləcə də girov tələbinin olmaması kreditin əsas üstünlükləridir. Sahibkarlar müvafiq sənədləri təqdim etməklə Muğanbankdan invoysda göstərilmiş məbləğin 90%-dək məbləğini əldə edə bilərlər.
"İnvoysların Maliyyələşdirilməsi” kreditinin digər xüsusiyyətləri:
-Maliyyələşdirilmə limiti: 30 000 AZN – 1 000 000 AZN
-Müddət: 3 ayadək
-Güzəşt müddəti: 2 ay
-İllik faiz dərəcəsi: 11 %-dən başlayaraq
Əlavə olaraq Muğanbankın biznes müştəriləri "Sifarişlərin Maliyyələşdirilməsi” kredit növündən yararlanaraq öz bizneslərinn inkişafına təkan verə biləcək, eləcə də maliyyə resurslarına çıxışı genişləndirmək imkanını əldə edəcəklər.
Ölkə ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan, alıcıları ilə rəsmi müqavilə əsasında mal və xidmətlər satan və ödənişləri bank hesabına edilən hüquqi və sahibkar fiziki şəxslər müqavilə, xidmət və ya sifariş orderinə əsasən alınmış sifarişlərin icra edilməsi məqsədi ilə üçün müraciət edə bilərlər.
"Sifarişlərin Maliyyələşdirilməsi” kreditinin xüsusiyyətləri:
-Maliyyələşdirilmə limiti: 50 000 AZN – 1 000 000 AZN
-Müddət: 6 ayadək
-Güzəşt müddəti: 5 ay
-İllik faiz dərəcəsi: 12 %-dən başlayaraq
Tələb olunan sənədlər və digər şərtlər barədə daha ətraflı məlumatı bu linkə keçid etməklə əldə edə bilərsiniz – LİNK








