"Muğanbank" ASC, müştərilərə keyfiyyətli və əlçatan xidmətlər təqdim etmək missiyasına,təqdim etdiyi məhsullara vəeləcə də müştəriseqmentasiyasına uyğun olaraq, filial şəbəkəsinidaim optimallaşdırır. Bu prosesin birhissəsi olaraq, bank Sabirabadşəhərindəki filialını yeni ünvana, daha modern bir binayaköçürmüşdür. Filial bundan sonraSabirabad ş., H.Əliyev pr. 47 ünvanında (Kür -Araz restoranının yanı)fəaliyyətinidavametdirərək, həftənin beş günü (bazar ertəsi-cümə) saat 9.00-dan 17.00-a kimi hüquq və fiziki şəxslərə hesabların açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları,sənədli əməliyyatlar, təcili pul köçürmələri,Muğanbank çekvə s. bank xidmətləri təklif edəcəkdir.
Muğanbankın filial və şöbələri, təqdimetdiyi xidmət və məhsullarhaqqında ətraflı məlumatıbankın 933 Çağrı Mərkəzinə zəng etməklə və ya bankın www.muganbank.azrəsmi internet səhifəsindən, həmçinin sosial şəbəkə səhifələrindənəldə etmək olar.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.








