Türkiyə Super Liqasında çətin günlər keçirən "Əskişəhərspor" klubunda növbəti ayrılıq gerçəkləşib.
Komandanın heyətində 10 oyuna 5 qol vuran yunanıstanlı hücumçu Teofanis Gekasla müqavilə qarşılıqlı şəkildə pozulub. Mənbədə bildirilir ki, mövsümün əvvəlində "Qarabağ"dan transfer edilən makedoniyalı futbolçu Muarem Muarem ilə də müqavilə pozulacaq. 27 yaşlı futbolçu "Əskişəhərspor"un heyətində 2 oyun keçirib.
Xatırladaq ki, Muarem Muarem 2012-2015-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub. Onun yenidən Ağdam klubunda oynamaq ehtimalı var. Bu yaxınlarda müsahibə verən Muarem “Qarabağ”a qayıda biləcəyini istisna etməmişdi. O, təklif olacağı təqdirdiə yenidən Azərbaycan klubunda oynaya biləcəyini demişdi./qafqazinfo
7news.az








