RU
Mübahisə etdiyi şəxsin ağzına tapança soxdu, qadın paltarı geyindirdi - FOTO
21:00
454

Mübahisə etdiyi şəxsin ağzına tapança soxdu, qadın paltarı geyindirdi - FOTO

Türkiyənin Bursa şəhərində bir qrup şəxs pul üstündə mübahisə etdikləri gənci evə apararaq ona işgəncə verib.

Qruplaşma əvvəlcə evə apardıqları kişinin əl-qolunu bağlayıb. Daha sonra onun əyninə qadın alt paltarı geyindiriblər.

Qəzəbli qrup üzvləri əllərini və ağzını bağladıqları şəxsə təpik və yumruq zərbələri endirib.

Bütün bunlarla kifayətlənməyən dəstə üzvlərindən biri silahı işgəncə etdikləri şəxsin ağzına soxaraq onu qorxudub.

Hadisəni törədən şəxslər bütün əməllərini mobil telefonla videoya alıb.

Dostlarının polisə şikayət etməsi nəticəsində işgəncəyə məruz qalan E.M xilas edilib, hadisəni törədənlərdən biri saxlanılıb, 2 nəfərin axtarışları isə davam etdirilir./olke

 


 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ