Bunu bu Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Multikulturalizm ili: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M. Qurbanlı bildirib ki, qabaqlayıcı addımlar atılmasa, ətrafımızda baş verən radikalizm Azərbaycana da gəlib çatar: "İslam sülhə, barışa çağırır. Cəmiyyətimiz də bunu bilir və bu istiqamətdə də işlər gedir. Gənclərlə iş bu sahədə mühüm istiqamətdir və Azərbaycanda gənclərə xüsusi diqqət yetiririk. Biz Azərbaycanı hər hansı təhlükə ilə üz-üzə qoymayacağıq. Biz enerjimizi Dağlıq Qarabağın, işğal edilmiş torpaqlarımızın azad edilməsinə yönəlməliyik. Azərbaycanda radikal qrupların kök salmasına imkan verməməliyik"./apa
7news.Az








