Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli tutduğu vəzifədən istefası barədə ölkənin baş naziri Georgi Kvirikaşviliyə müraciət ünvanlayıb.
“Bu gün müdafiə naziri Tinatin Xidaşeli baş nazir Georgi Kvirikaşviliyə müraciət edərək avqust ayının 1-dən onu tutduğu vəzifədən azad etməsini xahiş edib”, - agentlik Gürcüstan Müdafiə nazirliyinin ictimai əlaqələr və KİV üzrə xidmətinin rəhbəri Tamuna Kaçitadzenin sözlərini sitat gətirir.
Nəşr qeyd edir ki, hələlik Xidaşelinin müraciətinə heç bir rəy verilməyib./oxu
7news.Az








