RU
Müdafiə naziri Qarabağda: Tapşırıqlar verdi
17:55
161

Müdafiə naziri Qarabağda: Tapşırıqlar verdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov azad olunmuş ərazilərdə yerləşən yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış bir neçə hərbi hissədə şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayıb.

Bu barədə 7NEWS.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə təltif edib.

Nazir azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ