RU
Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliyin nə olduğunu izah etdi
11:29
31

Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliyin nə olduğunu izah etdi

Ötən gün İranın Naxçıvana dron hücumundan sonra Təhlükəsizlik Şurasının iclasını keçirən Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin istənilən əməliyyatı keçirməyə hazır olmalı olduğunu vurğulayıb.

"Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar”, - Azərbaycan lideri qeyd edib.

 
Qaynarinfo xəbər verir ki, Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında 1 nömrəli səfərbərlik hərbi termininin izahı qeyd olunub.

Xəbəri rus dilində oxuyun: Что значит "Мобилизация номер один"? Разъяснение Минобороны

"1 nömrəli səfərbərlik – silahlı qüvvələr tam döyüş hazırlığına gətirilir, ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilir, hərbi hissələr döyüş mövqelərinə və ya təyin olunmuş ərazilərə çıxarılır”, - paylaşımda bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ