RU
Müdafiə Nazirliyi: Çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi başa çatıb
20:10
347

Müdafiə Nazirliyi: Çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi başa çatıb

Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü prosesi başa çatdırılıb.

Müdafiə Nazirliyindən (MN) 7NEWS.Az-a verilən xəbərə görə, müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan komissiya "2021-ci ilin iyul ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına” uyğun olaraq çağırışçıların bölgüsünü həyata keçirib.

Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə həyata keçirilib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ