RU
Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri heç vaxt dinc əhalini, mülki obyektləri atəşə tutmayıb
12:01
234

Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri heç vaxt dinc əhalini, mülki obyektləri atəşə tutmayıb

Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət edərək heç vaxt dinc əhalini, mülki obyektləri və avtomobilləri atəşə tutmayıb.

7News.Az-ın məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyindən erməni tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki təxribatı ört-basdır etmək və Azərbaycanı günahlandırmaq məqsədilə guya mülki şəxsə məxsus “VAZ-2106” markalı avtomobilin vurulması barədə absurd xəbərlərinə münasibət bildirərkən deyilib.

Nazirlikdən bildirib ki, bu kimi məlumatların heç bir əsası yoxdur və növbəti erməni yalanıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ