Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb.
7News.Az xəbər verir ki, nazirliklərlə bağlı aprel ayı üzrə aparılan monitorinqə görə, elektron mətbuatda, yəni sayt və portallarda nazirliklərlə əlaqəli 76102 xəbər yerləşdirilib. Bunlardan 73182-si neytral, 137-si mənfi, 2783-ü isə müsbət xəbərdir.
Mənfi xəbərlər arasında “liderlər”: Nəqliyyat Nazirliyi (68 xəbər - Ziya Məmmədov səlahiyyətlərinin bir qismini də itirdi), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (25 xəbər - ciddi nöqsanlar aşkarlanıb), Vergilər Nazirliyi (19 xəbər - nazirlik məhkəməyə verilib).
Müsbət xəbərlər arasında liderlər: Daxili İşlər Nazirliyi (1175 xəbər - qanunsuzluqlar aşkar edib),Müdafiə Nazirliyi (1374 xəbər - düşmən məhv edildi - ermənilər mövqelərini qoyub qaçır), Kənd Təsərrüfatı Nazirliyi (147 xəbər - Bakıya gətirilən ət zərərsizləşdirildi).
Xəbər sayına görə sıralama:
1. Müdafiə Nazirliyi - 26827 xəbər
2. Daxili İşlər Nazirliyi - 8451 xəbər
3. Xarici İşlər Nazirliyi - 6062 xəbər
4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi - 5075 xəbər
5. Fövqəladə Hallar Nazirliyi - 5001 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 5482 xəbər dərc edilib. Bu xəbərlərdən 5396 xəbər neytral, 86-sı isə müsbət xəbərdir.
Yazılı mətbuatda (qəzet və jurnallarda) müsbət xəbərlər arasında liderlər: Daxili İşlər Nazirliyi (45 xəbər - qanunsuzluqlar aşkar edib), Müdafiə Nazirliyi (33 xəbər- Azərbaycan ordusu düşmənə layiqli cavab verdi), Kənd Təsərrüfatı Nazirliyi (8 xəbər - Bakiya 700 kq at əti gətirənlər saxlanıldı).
Xəbər sayına görə sıralama:
1. Müdafiə Nazirliyi - 1339 xəbər
2. Daxili İşlər Nazirliyi - 675 xəbər
3. Xarici İşlər Nazirliyi - 589 xəbər
4. Təhsil Nazirliyi - 428 xəbər
5. İqtisadiyyat Nazirliyi - 343 xəbər
Aprel ayında televiziya kanallarında nazirliklər haqqında 2504 xəbər göstərilib. Bu xəbərlərdən 2486 xəbər neytral, 18 xəbər müsbətdir.
Televiziya kanallarında nazirliklər haqqında müsbət xəbərlər arasında liderlər: Daxili İşlər Nazirliyi(18 xəbər - qanunsuzluqlar aşkar edib)
Xəbər sayına görə sıralama:
1. Müdafiə Nazirliyi - 906 xəbər
2. Təhsil Nazirliyi - 258 xəbər
3. Xarici İşlər Nazirliyi - 244 xəbər
4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 142 xəbər
5. Gənclər və İdman Nazirliyi - 142 xəbər
Radio kanallarında nazirliklər haqqında 422 neytral xəbər var .
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.








