RU
Müdafiə Nazirliyi:
18:48
69

Müdafiə Nazirliyi: "Bu ay azad edilmiş ərazilərdə 950 hektardan çox ərazi minalardan tam təmizlənib"

Azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində may ayının 1-dən 19-dək olan müddət ərzində 950 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.

Bu barədə 7NEWS.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ümumilikdə 6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə və 9400 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ