“Gələcək təxribatları üçün zəmin yaratmaq məqsədi daşıyır”.
Ermənistanın elektron kütləvi informasiya vasitələri Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə növbəti dəfə yalan məlumat yayıblar.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd ediblər ki, düşmən tərəfi ictimaiyyəti çaşdıran və həqiqətə uyğun olmayan bu cür xəbərləri yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq məqsədi daşıyır.
“Bildiririk ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir”, - deyə, MN vurğulayıb.
7news.az








