RU
Müdafiə Nazirliyi:
18:08
99

Müdafiə Nazirliyi: "Hazırda 6 hərbçi itkin düşmüş sayılır"

Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin yeni siyahısını yayıb.

7NEWS.Az xəbər verir ki, oktyabrın 21-dək itkin düşmüş hesab olunan 6 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

"İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir", - nazirlikdən bildirilib.

Xatırladaq ki, Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından oktyabrın 21-dək dəfn edilən 2908 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ