RU
Müdafiə Nazirliyi təkzib etdi
10:29
1410

Müdafiə Nazirliyi təkzib etdi

Ermənistan mətbuatında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin ermənilər tərəfindən vurulması barədə yayılan xəbər yalandır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən 7News.Az-a bildirilib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus aviasiya dəstələri tam heyətdə yerindədir: `Cəbhədə baş verən hadisələrlə bağlı ictimaiyyət məlumatlandırılacaq`.

Qeyd edək ki, erməni mətbuatı Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə məlumat yayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ