RU
Müdafiə Nazirliyi təsdiqlədi
11:36
846

Müdafiə Nazirliyi təsdiqlədi

Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçumuzun meyitinin döyüş meydanında tapılması ilə bağlı erməni tərəfinin yaydığı xəbəri təsdiq edib.

Bu barədə 7News.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır.

Xatırladaq ki, hərbçinin nəşi bu gecə təmas xəttində - döyüş meydanında tapılıb. Onun adı və ya hərbi rütbəsi barədə heç bir açıqlama verilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ