RU
Müdafiə Nazirliyinin 2 mindən çox əməkdaşı işdən çıxarıldı - Gürcüstanda
17:45
286

Müdafiə Nazirliyinin 2 mindən çox əməkdaşı işdən çıxarıldı - Gürcüstanda

Gürcüstan Müdafiə Nazirliyindən 2250 nəfər işdən azad edilib.

7News.az xəbər verir ki, bu, nazirliyin kadrların optimallaşdırılması və yenidən təşkilatlanması tədbirləri çərçivəsində həyata keçirilir.

Məlumata görə, belə bir tədbirin keçiriləcəyi ilə bağlı müdafiə naziri Levan İzoriya ötən ilin noyabrında bildirmişdi. Nazirlikdə islahatlar ötən il dekabrın 19-dan başlayıb.

Xəbərdə bildirilib ki, yenidən təşkilatlanma çərçivəsində 400 ştatdankənar, 1350 ştatlı əməkdaş işdən azad edilib. Bundan başqa, 217 zabit, 123 çavuş vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, 217 zabitin 209-u öz istəyi ilə işdən çıxarılıb.

Ümumilikdə nazirlikdə aparılan islahat nəticəsində 11,8 milyon dollar məbləğində maliyyə vəsaitinə qənaət edilib. //milli.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ