Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət ediblər.
Bu barədə 7News.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbər heyəti ulu öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad edib.








