Nazirlik məlumat yaydı.
Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Nazirliyin mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, hərbi qulluqçular Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.








