Müdirdən qadın işçilərə biabırçı TƏKLİF: " Hər gün işə gələndə dodağımdan ..."
Çinin paytaxtı Pekində bir fabrik müdirinin qeyri-adi vərdişi eşidənləri dəhşətə gətirir.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, müdir hər səhər işə gələn qadın işçilərinin onun dodağından öpməsini tələb edir.
Fabrik müdiri işə yeni personal götürəndə bu tələbin işin bir parçası olduğunu onların nəzərinə çatdırır.
Səhər saat 9-dan 10-un yarısına kimi xanım işçilər növbəyə düzülürlər. Xanım işçilər bu vəziyyətdən narahat olsalar da, müdirin bu istəyini yerinə yetirirlər.
Bu əməlinə görə qınaq atəşinə tutulan müdir açıqlama da verib. O, bildirib ki, öpüşmək işçilərin bir-birlərinə olan münasibətinə müsbət təsir göstərir.