RU
Müdirinə cadu edən işçi işdən çıxarıldı
14:30
34

Müdirinə cadu edən işçi işdən çıxarıldı

Türkiyədə müdirinə cadu etdirdiyi iddia olunan işçi ilə bağlı məhkəmə çəkişməsi Ali məhkəməyə qədər uzanıb.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, işçinin davranışlarının iş yerində etimad mühitinə və əmək münasibətlərinə mənfi təsir göstərdiyi iddia olunub.
 
Bunun əsasında əmək müqaviləsinə xitam verilib.

Məsələyə baxan Ali məhkəmə isə iş yerindəki etimad və iş nizamını pozan hərəkətlərə görə həyata keçirilən işdən çıxarılma qərarını qanunauyğun hesab edib.

Beləliklə, ali məhkəmə işəgötürənin əmək müqaviləsini ləğv etməsi ilə bağlı qərarı hüquqi baxımdan əsaslı sayıb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ