RU
Müəllim-şagird münasibətləri necə qurulmalıdır? - REPORTAJ
21:47
454

Müəllim-şagird münasibətləri necə qurulmalıdır? - REPORTAJ

Valideynlər... Ekran başına... Sıradakı reportajda təqdim edəcəyimiz mövzu son həftələr çox müzakirə edilir. Və bu məsələdə siz də məsuliyyətli olmalısınız. Söhbət müəllim və şagird münasibətlərindən gedir. Reportajda problemin haradan qaynaqlandığına aydınlıq gətirəcəyik.

Aybala Məmmədov 9-cu sinifdə oxuyur. Valideyni deyir ki, dərslərinə biganə yanaşdığından müəllimləri dəfələrlə ona acıqlanıb. Sadəcə acıqlanıb.

Təhsil Nazirliyinin müəllimlərin etik davranış qaydaları adlı sənəddə müəllim-şagird münasibətlərinə aid bütün detallar aydın verilir. Heç bir halda müəllim şagirdə əl qaldıra bilməz.  

Etik davranış qaydalarının 4.1-ci maddəsində aydın şəkildə qeyd edilir: Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməməlidir. Valideynlərin tələbi də budur.

Müəllimin sinfi ələ ala bilməməsi, dərs keçən zaman boşluqların olması şagirdlərdə intizamsızlıq yaradır.

Psixoloqlar problemi valideynlərlə həll etməyi məsləhət görürlər. Şagird məktəb qayda-qanunlarına uyğun davranmırsa, həddən artıq intizamsızlıq edirsə, cavab qaytarırsa müəllim valideynlə əlaqə saxlamalı və mövcud vəziyyəti ona bildirməlidir./ttv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ