Məktəbdə müəllimin 11 yaşlı şagirdinə qarşı etdiyi gözlənilməz hərəkət səs -küyə səbəb olub.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 11 yaşlı şagird dərs zamanı saqqız çeynədiyi üçün müəllimi tərəfindən cəzalandırıb. Belə ki, İlkay adlı müəllim şagirdi yanına çağıraraq ona sərt xəbərdarlıq edib. Lakin bununla ürəyi soyumayan müəllim uşağın saqqızını çıxararaq başına yapışdırıb.
Daha sonra saqqızı şagirdin başından çıxarmaq istəyən müəllim, bu dəfə onun saçlarını qoparıb.
Bu zaman qışqıraraq ağlamağa başlayan şagirdin yardımına direktor müavini gəlib.
Ağlamaqdan krizə girən uşaq xəstəxanaya aparılıb. Şagirdin valideynləri məsələdən xəbərdar olan kimi, müəllimdən şikayət ediblər. Artıq həmin müəllim haqqında araşdırma başladılıb.
7News.Az