RU
Müəllim tərəfindən zorlanan süpürgəçi YOXA ÇIXDI - ƏRİ ONU AXTARIR
16:48
737

Müəllim tərəfindən zorlanan süpürgəçi YOXA ÇIXDI - ƏRİ ONU AXTARIR

Cəlilabadın Muğan kəndində ibtidai sinif müəllimi tərəfindən zorlandığı deyilən gözətçi iki gündür yoxa çıxıb.

7news.Az xəbər verir ki, bu barədə ölkə.az-a sözügedən məktəbin direktoru Aygün Məlikova məlumat verib. Onun sözlərinə görə, gözətçi polisə zorlandığı barədə məlumat verdikdən sonra qaçıb:
 

"Hazırda bütün kənd camaatı o qadını axtarır. Nə əri, nə ailə üzvləri qadının harada olduğu barədə məlumatlı deyil. Qadını zorlamaqda şübhəli bilinən müəllim isə saxlanılıb. Dünən mən də elə bilirdim ki, qadın polisdədir".

Qeyd edək ki, hadisənin Cəlilabad rayonunun Muğan kəndində baş verdiyi deyilir.
Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ