RU
Müəllim uşağın qarnına anası üçün mesaj yazdı - FOTO
16:08
485

Müəllim uşağın qarnına anası üçün mesaj yazdı - FOTO

ABŞ-ın Florida ştatında bağça müəllimi uşağın qarnına anası üçün qeyd yazıb.

WBBH-TV-nin xəbərinə görə, hadisə Sanibel şəhərində baş verib.

Müəllim bir yaşlı Milonun qarnına "Ana, mənim bezlərim qurtarıb, zəhmət olmasa, buna fikir ver”, - deyə markerlə qeyd yazıb.

Azyaşlı körpəsinin qarnında markerlə qeyd yazıldığını görən Hizer Çisum qəzəblənib.

Sosial şəbəkədə bu barədə paylaşım edən ana belə hadisənin ilk dəfə olmadığını deyib:

"Müəllim qeydi vərəqə yaza və ya şəxsən özümə deyə bilər. Amma o, bunu suya davamlı markerlə uşağın bədəninə yazıb”, - deyə ana yazının uzun müddət körpənin bədənindən silinmədiyini bildirib.

Qeyd edilir ki, bağça müdiriyyəti hadisəni törədən müəllimi işdən çıxarıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ