RU
Müəllim zarafat qurbanı oldu
16:10
19

Müəllim zarafat qurbanı oldu


7News.az xəbər verir ki, ABŞ-ın Corciya ştatında orta məktəb müəllimi şagirdlərinin tualet kağızı ilə oynadığı zarafat nəticəsində dünyasını dəyişib. 40 yaşlı Ceyson Hughes evinin qarşısındakı ağaclara tualet kağızı atan tələbələri tutmaq üçün bayıra çıxıb. Lakin Hughes yağış səbəbindən sürüşkən yolda yıxılıb. Tələbələrdən biri maşınla uzaqlaşanda onu əzib. Sürücü, 18 yaşlı Jayden Ryan Wallace nəqliyyat vasitəsi ilə adam öldürmə maddəsi ilə ittiham olunub. Daha dörd tələbə də özəl mülkə icazəsiz girdiyi üçün ittiham olunub. Müəllimin həyat yoldaşı Laura Hughes tələbələrə qarşı ittihamların götürülməsini istədiklərini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ