RU
Müəllimə 13 yaşlı şagirdindən hamilə qaldı — (FOTO)
14:34
586

Müəllimə 13 yaşlı şagirdindən hamilə qaldı — (FOTO)

ABŞ-da 24 yaşlı müəllimə 13 yaşlı şagirdindən hamilə qalıb.

Texas ştatında yaşayan Aleksandria Vera azyaşlını cinsi istismara məruz qoyduğu üçün 10 il həbs cəzasına məhkum edilib.

Altı yaşlı övladı olan müəllimə cinsi əlaqəyə girdiyi tələbənin ailəsinin də hadisədən xəbərdar olduğunu və bu münasibəti qəbul etdiklərini iddia edib. 2016-cı ilin yanvar ayında hamilə qalan Vera barəsində istintaq başlaması səbəbindən abort edib.

Məhkəmənin qərarı ilə müəllimə 10 il həbs cəzasına məhkum edilib. 8-ci sinif şagirdi isə ailəsindən alınaraq avqust ayına qədər başqa ailəyə verilib.

Veranın vəkili müəllimənin kiçik yaşlarda ailədaxili şiddətə məruz qaldığını və bu səbəbdən sevgiyə ehtiyacı olduğunu bildirib./olke.az

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ