Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları iyunun 16-17-də keçiriləcək
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2 107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub. Müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimləri üstünlük təşkil edir.
İmtahanların keçirilmə yeri və tarixi barədə əlavə məlumat imtahan iştirakçılarının şəxsi səhifələrinə göndərilib./azvision.az
7News.Az








