RU
“Müəllimlərin maaşı 35 faiz artıb”
11:48
1586

“Müəllimlərin maaşı 35 faiz artıb”

Hazırda Bakı şəhərinin təhsil işçilərinin sentyabr konfransı keçirilir.

Tədbirdə çıxış edən nazir müavini Ceyhun Bayramov cari ilin hesabat məruzəsini edib. O, qeyd edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan müəllimlərin əməkhaqqı orta hesabla 35 faiz artıb. 7760 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 466 müəllimin əmək haqqı isə 1000 manatdan yuxarıdır:

“Bakı müəllimlərinin orta aylıq əməkhaqqı ilə ölkə üzrə orta aylıq əməkhaqqı arasındakı uyğunsuzluq aradan qaldırılıb. Hazırda bu fərq 6 faiz təşkil edir”.

Onun sözlərinə görə, ilboyu keçirilən təlimlərin qiymətləndirilməsi nəticəsində 2200 nəfər arasından 853 nəfər ibtidai sinif müəllimi “Promethean” lövhəsi, 1546 nəfər isə kompüterlə mükafatlandırılıb.

Qeyd edək ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmə rəhbərləri, məktəb direktorları, Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, qabaqcıl müəllimlər və media nümayəndələri iştirak edir./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ