“Azərbaycanın 3 böyük şəhəri və 9 rayonunda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirmənin keçirilməsi üçün hazırlıq işləri başa çatmaq üzrədir”.
Bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, əgər işlər qaydasında getsə, 2016-cı ilin yanvar ayından etibarən təxminən 40 faiz müəllimin əmək haqlarının artırılması planlaşdırılır.
Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin əhəmiyyətindən danışan nazir deyib ki, bu peşə sahiblərinin maddi rifahının əhəmiyyətli şəkildə yaxşılaşdırılması əsas hədəfdir./azvision
7news.az








