RU
Müəllimlərin maaşı necə hesablanacaq?
15:45
1958

Müəllimlərin maaşı necə hesablanacaq?

Xəbər verdiyimiz kimi, iyun ayında Respublika üzrə müəllimlərin iş yerlərinin dəyişməsi ilə bağlı imtahanlar keçirilib və 243 nəfəri iş yerini dəyişmək hüququ qazanıb. İş yerini dəyişən müəllimlərin bir qismi diaqnostik qiymətləndirmə keçirilən yerlərdə sentyabrdan işə başlayacaq.

Bəs həmin müəllimlərin əmək haqları necə hesablanacaq?

Təhsil Nazirliyindən verilən məlumata görə, diaqnostik qiymətləndirilmə keçirilməyən bölgələrdə yerləşən ümumi təhsil müəssisələrində çalışan müəllimlər iş yerini qiymətləndirilmə keçirilən bölgələrdəki müəssisələrə dəyişsələr də, onların əməkhaqqları əvvəlki qaydada hesablanacaq. 

Məlumatda qeyd edilib ki, təkrar diaqnostik qiymətləndirilmə keçirilərkən həmin şəxslərin imtahanda iştirak etməsi nəzərdə tutulur./azvision.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ