RU
Müəllimlərin olduğu avtomobil Bakı-Quba yolunda qəzaya düşüb, ölən və yaralananlar var
14:20
201

Müəllimlərin olduğu avtomobil Bakı-Quba yolunda qəzaya düşüb, ölən və yaralananlar var

Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.

Bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib.

O bildirib ki, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib: "Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ