Təhsilverənlərin sertifikatlaşdırılmasının ilkin nəticələri açıqlanıb.
Elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib ki, müəllimlərin 98 % prosesdə iştirak edib.
O qeyd edib ki, 78 % müəllim ilk mərhələdə uğur qazanıb.
Qeyd edək ki, sertifikatlaşdırılmada 50 baldan yuxarı nəticə göstərənlərin əmək haqlarına 35, keçid balını toplayanların maaşına isə 10 % əlavələr olacaq.








