Aktrisa olmağa can atan, incəsənət sahəsi üzrə təhsil alan Bethany-Maria Beales 19-cu mərtəbədən yıxılaraq ölüb.
7news.Az xarici mətbuata istinadla xəbər verir ki, 22 yaşlı qızın cəsədi 6-cı mərtəbənin eyvanından tapılıb.
Onun öldürüldüyü düşünülür. Hadisə ilə bağlı iki nəfər saxlanılsa da, onlar sərbəst buraxılıblar.
Hadisə London şəhərində baş verib.
Qeyd edək ki, o, həm də müğənniliklə məşğul olub.











