RU
Müğənni Xatirənin bacısı:
17:30
890

Müğənni Xatirənin bacısı:"O, məni anamla görüşməyə qoymur..." -VİDEO

Evin böyüyü mənəm, müğənni bacım Xatirə də məndən balacadır. O müğənniliklə məşğul olduqdan sonra evə gəlmirdi. O biri bacım Rübabəgildə qalırdı.

7News.Az xəbər verir ki, bu sözləri "ARB"-də "Elgizlə izlə" verilişində qonaq olan şikayətçilərdən biri deyib.


O, müğənniliklə məşğul olan Xatirə Məhərrəmli adlı bacısından şikayət edib.Bildirib ki, bacısı onu anası ilə görüşməyə qoymur.

"Xatirə məndən pul istəyirdi ki, klip çəkdirirəm .Mən də deyirdim yoxdur.

Anam şəkər xəstəsidir. Onu analizsiz öz tanışı ilə müalicə etdirdi.Sonra anam mənə zəng etdi ki, mən ölürəm, məni düzgün müalicə etmirlər.Gəl məni apar.Anamı başqa xəstəxanaya yerləşdirdim, özüm onun yanında qalırdım. Anamın beyninə su yığıldı.İndi Xatirə ilə qalır,amma ev anamın öz adınadır.Anamın pensiyasını da əlindən alıb. Məni də anamla görüşməyə qoymur.

İndi o biri bacımla birləşib, məni buraxmırlar evə .Qapını bağlayıb, heç kimi qoymur.Mən evin böyüyüyəm və anama özüm baxmaq istəyirəm.

Sözügedə videonu təqdim edirik:
 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ