RU
“Müharibə partiyası”nın “ağır topu” Ərdoğanı necə aldatdı? - ABŞ əsgərləri ilə MƏXFİ PLAN
19:00
522

“Müharibə partiyası”nın “ağır topu” Ərdoğanı necə aldatdı? - ABŞ əsgərləri ilə MƏXFİ PLAN

ABŞ-ın Respublika Partiyasının üzvü, senator Con Makkeyn bu həftə Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşməmişdən öncə Suriyaya gizli səfər edib.

7News.az xəbər verir ki, Makkeyn Suriyanın şimalında terror təşkilatı PKK-nın qolu olan PYD/YPG üzvlərinin təmsil olunduğu Suriya Demokratik Güclərinə dəstək verən amerikalı xüsusi təyinatlı əsgərlərlə görüşüb.

Makkayenin səfəri ilə bağlı rəsmi açıqlamada məqsədin İŞİD-in tamamilə məhv edilməsi olduğu deyilir.

Lakin "The Wall Street Jorunal” nəşri Makkeynin 2015-ci ildə İŞİD-dən təmizlənən Kobaniyə getdiyini və orada YPG liderləri ilə görüşdüyünü yazıb.

Qeyd edək ki, Makkeyn "müharibə partiyası” olaraq tanınan respublikaçıların "ağır topu” hesab olunur.//publika
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ