Sentyabr ayının əvvəllərindən etibarən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gərginlik müşahidə olunur.
Atışmalar yüngül atəş silahları ilə məhdudlaşmır.
Sistemli şəkildə minaatanlar işə düşür, kəşfiyyat diversiya qruplarının işli reallaşır.
Bu arada Azərbaycanda Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartalı 2015" təlimləri də həyata keçirilib. Paralel olaraq, Serj Sarkisyanın prezident administrasiyası, hökumət və hərbi strukturların hərbi sahədə yeni vəziyyətə gətirilməsi imitasiyası edildi. Hiss olunur ki, müharibə artıq qapımızın astanasındadır.
Azərbaycanlı millət vəkili, politoloq Rasim Musabəyov deyir ki, hər dəfə vəziyyət ən təhlükəli ana yaxınlaşanda Moskva hadisələrə müdaxilə edir. Həm də ən yüksək səviyyədə.
"Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya səfər etdi, Prezident İlham Əliyev tərəfindən qəbul olundu, danışıqlar aparıldı. Məlum oldu ki, bu gün Ermənistan prezidenti Serj Sarkisyan RF prezidenti Vladimir Putin ilə danışmaq üçün Moskvaya çağırılıb. Onların danışıqlarının yekunu nə olacaqsa, günün sonunda bilinəcək. Azərbaycana gəlincə isə, biz artıq gözləməkdən, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı qeyri-müəyyən münasibətlərdən yorulmuşuq", - politoloq qeyd edib.
Millət vəkili R.Musabəyov sentyabr ayının 6-dan 13-ə qədər keçiriləcək geniş miqyaslı hərbi təlimlərin də keçirilməsini təsadüfi hesab etmir. Onun sözlərinə görə, bu təlimlər Azərbaycanın səbrinin tükəndiyini bildirir.
"Bu təlimlərdə 65 min şəxsi heyətin, 700 ədəd hərbi texnikanın, 500-dən çox raket və artileriya qurğularının, 40 ədəd qırıcı təyyarə və 50 ədəd helikopterin iştirak edəcəyi gözlənilir. Əgər Kreml, doğrudan da, işğal altındakı torpaqların azad edilməsi ilə bağlı danışıqlar masasına oturtmaq üçün ermənilərə təsir göstərmək niyyətindədirsə, Azərbaycanın öz hərbi qüvvəsini nümayiş etdirməsi çox ciddi arqument ola bilər", - o bildirib.
Bu arada, Ermənistanda artıq işğal altında olan torpaqların boşaldılması barədə xəbərlər də yayılmaqdadır. Lragir.am portalı yazır ki, rəsmi Moskva Azərbaycanı özünə cəlb etmək üçün, Yerevanı məcbur edəcək ki, Qarabağ ərazilərinin bir hissəsini "versin"./milli
7news.az
//







