RU
Müharibəyə hazırlaşan ölkənin ən güclü silahı: Milyonlarla qadın-kişi əsgər, 10 il hərbi xidmət  və tarlalarda iş - FOTOLAR
12:53
1349

Müharibəyə hazırlaşan ölkənin ən güclü silahı: Milyonlarla qadın-kişi əsgər, 10 il hərbi xidmət və tarlalarda iş - FOTOLAR

Bu ölkə ordusunun sayına görə dünyada 4-cü yerdədir. Söhbət Amerika ilə müharibə həddində olan Şimali Koreyadan gedir. Bu ölkənin ordusunun gücü "bombaların anası"na sahib olmaqda deyil.

Bu ordunu dünya orduları arasında 4-cü edən onun sayıdır. Ölkədə bu gün keçirilən Ordu günündə atılan artilleriya atəşləri də ordunun gücünü göstərmək üçün seçilən yol olub. Bu artilleriya atəşlərini şəxsən prezident Kim Çen In atıb. Ancaq bayram bununla yekunlaşmayıb. 

Şimali Koreya ordusu bu ölkənin xalqının qürur mənbəyidir. Sayına görə dünyada 4-cü yeri tutur. Əsgər və zabitlərin sayı 1 milyon 200 minə çatır. Ehtiyatda olanların sayı isə 4 milyona yaxındır. Masştabına baxmayaraq ekspertlər hesab edir ki, Şimali Koreya ordusu gücünə görə öz qonşusu Cənubi Koreyaya uduzur. Üstəlik Cənubi Koreyada büdcə Şimala nisbətən 25 dəfə böyükdür. Bu isə müasir texnikanı daha da əlçatan edir. Şimali Koreya ordusu əsgərlərinin sayı ilə fəxr etdiyi kimi texnikasının müasirliyi və gücü ilə fəxr edə bilmir. Bunun üçün onun yetərincə gücü yoxdur. Ancaq buna baxmayaraq, orduda döyüş ruhu yüksəkdir. Hərbi çağırış məcburidir və ondan qaçmaq sadəcə mümkün deyil. Üstəlik vətənə borcunu vermək də kifayət qədər uzun müddətdir. 10 il kişilər, 7 il qadınlar xidmət edir. Qadınlar 2015-ci ildən Kim Çen Inın şəxsi göstərişi ilə qanunda edilən dəyişikliyə əsasən hərbi xidmətə çağırılır. 

Bu ölkənin gəncinin 17-20 yaşı varsa, vətənə borcunu verməlidir. Hərbi xidmətə getməyən qızları ali məktəblərə qəbul  etmirlər. Buna görə də koreyalılar özləri hərbi xidmətə getməyə könüllüdür. Sonrakı həyatları bundan asılıdır. Üstəlik orduda onlar yedirilir, geydiriir. Orduda xidmət həm də şərəf məsələsidir. 

Ancaq bəzilərinin orduya yolu bağlıdır. Bunlar sosial mənşəyinə görə yararlı hesab edilməyənlərdir. Əvvəllər bu qrupa aid edilənlərin sayı daha çox olub. İndi isə ümumilikdə ölkə əhalisinin 5-10 fazini təşkil edir. Söhbət nəslində dvoryan olanlardan gedir. Belələri orduya lazım deyil. 

Şimali Koreyada ordudan təkcə düşməni vahimədə saxlamaq üçün istifadə etmirlər. Əgərlər həm də işçi qüvvəsidir. Onlar tarlalarda işləyir, təmizlik işləri aparırlar. Və bu gün bu ordu müharibəyə hazırlaşır.  

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ