"Aviasiya haqqında” qanunda dəyişikliklər edilməsi haqqında" qanun layihəsində mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tələb olunan dövlət rüsumlarının sayı azaldılıb.
7News.Az xəbər verir ki, belə ki, qanuna təklif edilən dəyişikliklərdə İATA-nın "Mülki Aviasiya rüsumu” ekonom sinif, eləcə də İATA-nın "Mülki Aviasiya rüsumu” biznes və birinci sinif xidmətlərinə görə dövlət rüsumu ləğv edilib.
Bu qanuna dəyişiklik layihəsi "Dövlət rüsumu haqqında” qanununda da dəyişiklik edilməsini zəruri edib. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsində İATA-nın "Mülki Aviasiya rüsumu” ekonom sinif, eləcə də İATA-nın "Mülki Aviasiya rüsumu” biznes və birinci sinif xidmətlərinə görə müəyyən olunan dövlət rüsumumun dərəcələri də ləğv edilib.
Qeyd edək ki, indiyədək İATA-nın "Mülki Aviasiya rüsumu” ekonom sinif xidmətinə görə 1 avro, biznes və birinci sinif xidmətlərinə görə isə 3 avro rüsum alınırdı.








